Modern.az

Jurnalistlər üçün yeni müsabiqə elan olunub

Jurnalistlər üçün yeni müsabiqə elan olunub

14 Mart 2012, 16:44

Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisi  (WYBN) araşdırma aparan gənc jurnalıstlər üçün  müsabiqə elan edir. DGBŞ regional ofisi yaradıcı ideyalarını üzə çıxarmaq istəyən və Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrindən olan jurnalistləri müsabiqədə iştiraka dəvət edir.

Müsabiqədə məqsəd Şuşanın və eləcə də işğalda olan Qarabağ torpaqlarının tarixi faklarla, araşdırmalarla təsdiqli şəkildə Azərbaycan ərazisi olduğunu göstərmək və ermənilərin həmin əraziyə gəlmə tarixlərini sübuta yetirməkdir.

Müsabiqədə aşağıdakı mövzular təklif olunur:

1)  Şuşa qalası – tarx bizə nə deyir?;

2) Ermənilərin Qarabağa gəlmə tarxinə bir baxış;

3) Böyük Ermənistan ideyası – “Qarabağı münaqişəsi”kontekstində;

4) Qarabağda dağıdılmış Azərbaycan mədəniyyəti.

Hər bir yazı məzmununa və yaradıcılığına görə qiymətləndiriləcək. Qiymətləndirmədə nəzərə alınacaq əsas kriteriyalar aşağıdakı kimidir:

1) yazının üslubu;

2) faktiki məlumatlardan istifadə;

3) ekspert rəylərindən istifadə ( xüsusilə xarici araşdırmaçıların rəylərindən statlar);

4) Yazının reallığa uyğun olaraq analitik təhlili;

5) Beynəlxalq aləmə təsir edəcək faktların üzə çıxarılması.

Son mərhələdə mütəxəssislərdən ibarət heyət ən yaxşı üç yazını seçəcək və bu qaliblər pul mükafatı, dəyərli hədiyyələrlə təltif olunacaq. Qiymətləndirmənin obyektivliyini təmin etmək üçün yazılar kodlaşdırılacaq və yalnız qiymətləndirmə bitdikdən sonra adlar açıqlanacaq.

Qaydaya görə, müsabiqəyə təqdim olunan yazılar nəticələr elan olunana qədər heç bir qəzet, jurnal və ya onlayn saytın səhifəsində dərc oluna bilməz.

Birinci yerin qalibinə 700 manat, ikinci yerin qalibinə 500 manat, üçüncü yerin qalibinə isə 300 manat mükafat veriləcək.

Yazılar 15 aprel  2012-ci il, saat 18:00-a qədər [email protected]  ünvanına göndərilməlidir. Göndərilən elektron məktubda yazarın adı, işi və əlaqə məlumatları qeyd olunmalıdır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir