Modern.az

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi, ana öldü

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi, ana öldü

9 Dekabr 2019, 08:39

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Modern.az APA-ya istinarən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəlldlü Şirin Qasımov, 1988-ci il təvəllüdlü Qasımova Jalə Rizvan qızı, ailənin övladları - 7 yaşlı Nigar Qazımzadə və 5 yaşlı Elçin Qasımzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə 31 yaşlı qadın təcili tibbi yardım xidməti gələnə qədər dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin hazırda normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı