Modern.az

Rusiyada azərbaycanlı repçilərə atəş açıldı

Rusiyada azərbaycanlı repçilərə atəş açıldı

9 Dekabr 2019, 21:32

Rusiyada yaşayan azərbaycanlı repçilər onlara atəş açılması ilə bağlı polisə müraciət ediblər.

Modern.az  xəbər verir ki, 27 yaşlı Aleksandr Əliyev və 24 yaşlı Nəvai Bəkirov (HammAli & Navai) Moskvadan Lipetskə konsert verməyə gəliblər.

“Meqapolis” mədəniyyət-əyləncə mərkəzinin qarşısında keçirilən konsertin gedişində polisə binada mina alması barədə məlumat daxil olub.

Bununla bağlı hadisə yerinə xüsusi-mühafizə, hüquq-mühafizə xidmətinin əməkdaşları və tibb işçiləri cəlb olunub.

Üst geyimlərini belə geyinə bilməyən 500-ə yaxın tamaşaçı küçəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, axtarış nəticəsində binada partlayıcı əşya tapılmayıb.

Repçilər onlara məxsus “Mercedes-Benz” markalı avtomobillə  əyləncə mərkəzini tərk elədikdən sonra, “LADA Priora” markalı avtomobillə onları təqib edərək atəş açıblar.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Əliyev Bakıda, Bəkirov isə Samarada doğulub. Onların hər ikisi azərbaycanlıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər