Modern.az

Hacıbala Abutalıbovun AMEA-da işləməsi TƏKZİB OLUNDU

Hacıbala Abutalıbovun AMEA-da işləməsi TƏKZİB OLUNDU

11 Dekabr 2019, 16:01

“Hacıbala Abutalıbov əvvəllər Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının  müdiri olub. Lakin o, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri olduqdan sonra  həmin laboratoriya ləğv edilib”

 

Modern.az xəbər verir ki, bunu AzEdu.az-a açıqlamasında AMEA-nın Fizika İnstitutunun İcmaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Məryəm Əhmədli deyib.

 

Qeyd edək ki, bir müddət öncə Baş nazirin keçmiş müavini, sabir mer Hacıbala Abutalıbovun Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri postuna təyin edildiyi haqqında informasiyalar yayılmışdı.

 

İnstitut sözçüsü isə açıqlamasında belə bir təyinatın olmadığını, H. Abutalıbovun orada çalışmadığını bildirib:

 

“Hazırda Hacıbala müəllim AMEA-da çalışmır. Belə bir təyinat həyata keçirilməyib.Saytlarda yazılan xəbərlər həqiqəti əks etdirmir”.

 

Qeyd edək ki, Hacıbala Abutalıbov 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri vəzifəsinə başlayıb.

 

1995-ci ilin fevral ayından isə Hacıbala Abutalıbov müxtəlif dövlət strukturlarında işləməyə başlayır.  

 

Xatırladaq ki, fizika-riyaziyyat elmləri doktoru, professor Hacıbala Abutalıbovun  Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və bir çox dövlətlərin qabaqcıl  jurnallarında  200-dən artıq elmi məqaləsi çap olunub. Bundan başqa, onun 30-dan çox elmi ixtiranın müəllifi olduğu da vurğulanır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub