Arxiv
11 Dekabr 2019, 17:15 | ANALİTİKA
“Nəsimiyə Azərbaycan pasportu verək” - Şeyxulislamdan hamını təəccübləndirən MESAJ

Dekabrın 5-də Bakıda "Nəsimi 650: haqqın carçısı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

“Nəsimi ili”ndə keçirilən bu tədbirin təşkilatçısı barədə məlumatı oxumayınca, bunun il ərzində keçirilmiş böyük şairlə bağlı toplantılardan daha biri olduğunu zənn etmək olardı. Lakin təşkilatıçının adı mövzu ilə bağlı müzakirə imkanlarını daha da zənginləşdirdi.  


Böyük Azərbaycan şairi ilə bağlı tədbirin təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) idi.


Keçmiş SSRİ-də yaşamış azərbaycanlılar üçün bu təəccüb, onların müstəqil dövlətdə yaşayan övladları üçünsə sualların yaranacağı anlaşılan idi. Uzun illər boyu Nəsimi azərbaycanlılara ateist şair, materialist bir mütəfəkkir kimi təqdim olunub. Onun yaradıcılığında insan tərənnümü  ilahi eşqin və Allahın qüdrətinin sirri kimi yox, bəşərin gündəlik həyatının, zövqünün tərifi kimi qələmə verilib. Sovet dövrünün bütün elmi dairələrinin kütləvi nəşrlərində Nəsimi Allahı inkar edən, “ənəlhəq” deyərək, insanı Allahla eyniləşdirən və dinə meydan oxuyan şair kimi təbliğ olunub.  


Bütün bu yarlıqlar islam dinini Nəsimidən zorla ayıraraq, müsəlman filosoflarının böyük şair barədə yazılan əsərlərini gözardı edib və bununla da böyük şairi ateist sovet cəmiyyətinin sərt ideoloji çərçivəsinə salıb. Azərbaycan 30 ilə yaxın müstəqil dövlət olmasına baxmayaraq, Nəsimiyə münasibətdə sovet təməl prinsiplərinə əsaslanan yanaşma bu gün də özünü nümayiş etdirir, islam dininin alternativi olaraq təqdimatda istifadə olunur.


Halbuki, son illər dünyada və Azərbaycanda aparılan araşdırmalar Nəsimi yaradcılığında ilahi eşq və Allah sevgisinin “qırmızı xətt”lə keçdiyini subut edib və onun sovet ateist baxış çənbərindən azad edilməsinin vacibliyi vurğulanıb.

Bu baxımdan QMİ-nin təşəbbüsü ilə belə bir konfrans və orada Şeyxulislam Allahşükür Paşazadənin səsləndirdiyi mesajlar Nəsimi yaradıcılığına yeni baxışı göstərən mühüm məqam sayıla bilər.


QMİ sədri ilk dəfə olaraq Nəsimi irsindəki islam mirasına diqqəti cəlb edərək,  böyük şairin illərlə arxa plana atılmış əqidə və inancının üstündən pərdəni çəkdi, onun personası ətrafında onilliklər boyu körüklənən süni “islam və şair arasında barışmaz ziddiyyət” probleminə son qoydu. Bunu  müsəlman dünyasında nadir nümunə saymaq olar.  

Toplantıda çıxışı zaman Allahşükür Paşazadənin  Nəsimiyə milli kimlik verilməsi təklifinin arxasında  Azərbaycanın islam dünyasında özünün böyük mütəfəkkirləri ilə digər dövlətlərdən heç də geri qalmadığını  nümayiş etdirməsi dururdu. Məlum olduğu kimi, Azərbaycan islam mədəniyyəti və elmində özünəməxsus rol oynayıb və bir çox hallarda müsəlman  alimlərinin fəaliyyət məkanı olub. Nəsimi məhz belə şəxsiyyətlərdəndir.


Yazıçı Anarın toplantıda vurğuladığı  kimi “Nəsiminin yaradıcılığında insanın tərənnüm olunması onu dünyanın böyük humanist yazarları ilə bir sıraya çıxarır”. Bu fikrin davamı kimi deyə bilərik ki, Nəsimi  insanın böyüklüyünü, dünyanın əşrəfi olduğunu  deməklə müqəddəs dinimizin insana verdiyi qiyməti xatırladır, Avropa maarifçilərinin çox sonralar yazacağı humanizm və Allahdan qorxmaq yox, onu sevmək fəlsəfəsi baxışının pionerinə çevrilir.


Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının  “bu gün biz tariximizə qayıdırıq. Bu, böyük qayıdışdır. Çünki uzun illər tariximizi araşdırmaq bizim öz əlimizdə olmayıb. Bu gün biz tariximizə yenidən baxır və böyük şəxsiyyətlərimizə lazım olan qiyməti veririk” sözləri böyük şairin yaradacılığına yanaşmanın mesajı sayıla bilər.


Sovet ideoloji prinsiplərinə pərçimlənmiş  ədəbiyyatşünaslar bu gün Nəsimiyə yanaşmanı dəyişməlidirlər. Nəsiminin yaradcılığında ateizm izlərini axtarmaq cəhdləri Azərbaycan  fəlsəfi və tolerantlıq təbliğ edən dini maarifçilik məktəbini dünya tərəfindən etiraf olunan, Qərb fəlsəfəsinin qida aldığı Şərq dünyasından, onun min illik  elm məktəbindən ayırır və istinad nöqtəsindən məhrum edir. 

“Ateist şair” yarlığı isə bu mənada acı gülüşdən başqa heç nə doğurmur.


Məlumdur ki, Azərbaycanın orta əsrlər fikir, ideya tarixi və ədəbi irsi dinlə bağlıdır.  Bu baxımdan “Quran”ı oxumadan klassik şairlərimizin heç biri haqqında mükəmməl fikir söyləmək mümkün deyil. Araşdırmaçı alimlərin fikrincə, bu gün İmadəddin Nəsiminin azərbaycanlı və tarixi şəxsiyyət olması ilə bağlı ədəbiyyat tariximizdə əhatəli bilgi verilmir. Ədəbi prosesdə onunla bağlı debatlar, polemik söhbət və müzakirələrin qeyri-müəyyənliklər çoxdur.


Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas-tənqidçi İradə Musayeva bu baxımdan Nəsimi yaradıcılığını təhlil edərkən şairin bugünkü təbliğindəki problemləri gözəl ifadə edib. Ədəbiyyatşünas qeyd edir ki, Hürufiliyi islama və insana qarşı təbliğat silahı hesab edən müəlliflər unudur ki, bu təriqətin fəlsəfəsi “Quran”, islam və insanla, onların qarşılıqlı əlaqələri ilə bağlıdır, Hürufiliyin tədqiqat obyekti “Quran”dır.

- “Quran” ayələrinin şərhi, izahı hərflər, saylar əsasında aparılır. Şərq irfani düşüncəsindən qaynaqlanan Hürufilik əslində “Quran”ın müqəddəs kitab kimi qəbul olunduğu, əxlaq və ümumiyyətlə, insanlıq konstitusiyası kimi istifadə edildiyi ölkələrdə daha geniş inkişaf yolu tapmışdır.

Nəsiminin, digər təsəvvüfçülərin də göstərdiyi kimi, Allah gizli bir xəzinədir. Hər şeyin həqiqəti, mövcudluğu və ruhu isə səslərdir. Gizli bir xəzinə olan Allahın ilk təcəllisi kəlam şəklində görünən səslərdən ibarətdir. Səsin kamilliyi kəlam, yəni sözdür. Kəlam isə ancaq insanlarda zühur edər və özünü səsdə göstərir. Kəlam bir qrup ünsürlər halında bəzi formalar alır. Bu ünsürlər Ərəb və Fars əlifbasındakı 28 və 32  hərfdir. Kainat və insanın əsası səsdir, mövcudatdakı səs ilahi nitqin səsindən fərqli olaraq maddidir. Fəzlullaha görə, Kainat səslərlə doludur. Səslərin isə kamil forması sözdür.  Odur ki, Hürufilik Azərbaycanda, ümumiyyətlə Şərqdə özündən sonrakı bütün təriqətlərə təsir göstərmiş ən böyük cərəyanlardan biri olub.


Bu baxımdan QMİ-nin Nəsimi ilə bağlı konfransı Azərbaycanın  islam fəlsəfi fikir tarixindəki yerini bəlli etmək və şairə yalançı “izm”lərdən xilas etmək üçün vacib toplantı sayıla bilər.


“Mən haşimiyəm, qüreyşiyəm, seyidəm, Həzrəti Məhəmməd tayfasındanam”- deyən mütəfəkkiri  dinsiz elan etmək heç bir halda düzgün deyil.

Nəsimini “böyük şəxsiyyət, əhli-beyt şairi” adlandıran Şeyxulislam Allahşükür Paşazadə şairin düçar olduğu əzabların aydın ünvanını da göstərib:

O dövrdə onun əzab çəkməsi, şəhid olmasına gətirib çıxaran məsələlərdən biri də məzhəblərin qarşı-qarşıya olmasıdır. Bununla da Nəsiminin dinlər və məzhəblər arası münasibətlərdə bir tolerantlıq etalonu kimi önə çəkilməsi dünyanın bu gün giriftar olduğu dini zəmində qanlı münaqişələrin söndürülməsində Azərbaycanın bəyan etdiyi tolerantlıq, anlaşma ideyalarının aktuallığını subutu kimi meydana çıxır. Dünyanı öz humanist məhəbbəti ilə heyrətə salan, ilahi eşqlə bəşər sevgisini  birləşdirən, dünyanı heyran edən belə möhtəşəm şairin əqidəsi, inamı necə gözardı edlə bilər?


“Nəsimi hər zaman Allah aşiqi olub. Sovet  dövründə Nəsimi haqqında yazılan kitabların məğzinə baxanda onu allahsızlığa tərəf sürükləmək, bununla onu müasirləşdirmək istəyirdilər. Amma bu, Nəsiminin düşüncəsinə kölgə salmaq idi. Mən iki dövrün - həm sovet, həm müstəqil Azərbaycan dövrünün şeyxülislamı olduğum üçün kommunist rejiminin apardığı siyasəti çox gözəl bilirəm. Çox heyfslənirəm, bəzi yazılarda, məqalələrdə də o təsiri hələ də görürəm. Bəzən Nəsiminin allahsız tərəfə döndərmək cəhdlərini müşahidə edirəm. Nəsimi özünün seyid, haqq aşiqi olması ilə sevinərdi, fəxr edərdi”-deyə QMİ sədri vurğulayıb.


Şeyxulislam əbəs yerə Nəsimiyə milli kimlik vermək məsələsini qaldırmır. “Təəssüflənirəm ki, biz Nəsimiyə müstəqil Azərbaycanın pasportunu verə bilməmişik. İstəyərdim ki, Nəsimiyə Azərbaycan pasportunu verə bilək”- deyə çağırış edən A.Paşazadə bununla böyük şairi dünyaya təkcə Azərbaycan ədəbi irsinin yaqut qaşı deyil, həmçinin islam elminin, fəlsəfəsinin  bütöv bir xəzinəsi kimi təqdim eolunmasının mühümlüyünə işarə edib.


Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi böyük şairin irsinə bir daha baxmaq üçün unikal imkan yaratdı. Bu il Nəsimi irsinin hərtərəfli araşdırlması və böyük şairi  dünyaya və islam aləminə Azərbaycan fəlsəfi-ədəbi və islam mütəfəkkiri kimi təqdim olunması üçün aparılacaq fəaliyyətə bir stimul verdi.

Nəsiminin irsi ölkəmizin mədəni - tarixi irsinin ən qiymətli incilərindəndir.   



A.Səfərli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə sel dörd nəfərin həyatına son qoyub 14 İyul 2020, 00:44 “Ermənistan törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcəkdir” - XİN 14 İyul 2020, 00:31 Naftalanda ağır qəza: ölənlər var 14 İyul 2020, 00:19 Heydər Əliyevin hakimiyyətə gəlməsindən 51 il ötür 14 İyul 2020, 00:13 “Ermənistan regionda gərginliyi artırmağa çalışır” - Hikmət Hacıyev 13 İyul 2020, 23:59 “Ermənistanın təcavüzünü pisləyirik” - İranlı sabiq deputat 13 İyul 2020, 23:42 Nazir Avropa İttifaqını cəbhədəki vəziyyətlə bağlı məlumatlandırdı 13 İyul 2020, 23:18 356 COVİD-19 xəstəsinin vəziyyəti ağırdır - FOTO 13 İyul 2020, 22:52 Şəmkirdə yağışın yaratdığı fəsadlar aradan qaldırılır 13 İyul 2020, 22:39 Çindən  ABŞ rəsmilərinə qarşı sanksiya 13 İyul 2020, 22:29 "Ölü" doğulan körpə basdırılarkən ağladı 13 İyul 2020, 22:14 Ukraynadan erməni təxribatına REAKSİYA 13 İyul 2020, 22:02 “Can Azərbaycana canımız fəda” - Mövlud Çavuşoğlu 13 İyul 2020, 21:51 Koronavirus Türkiyədə daha 19 can aldı 13 İyul 2020, 21:36 İranlı deputat koronavirusdan öldü 13 İyul 2020, 21:24 Ermənilərin 20-dən çox hərbçisi və texnikası məhv edildi - VİDEO 13 İyul 2020, 21:11 Cəlilabadda baş həkimin evi yandı 13 İyul 2020, 21:00 Quba-Xınalıq yolu BAĞLANDI 13 İyul 2020, 20:50 Elmar Məmmədyarov türkiyəli həmkarı ilə telefonla DANIŞDI 13 İyul 2020, 20:34 Gürcüstanın XİN başçısı azərbaycanlı həmkarına zəng etdi 13 İyul 2020, 20:29 Ermənilərin atdığı top mərmisi bu evə düşdü - VİDEO 13 İyul 2020, 20:18 Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı 13 İyul 2020, 20:09 Leysan yağışlar bu rayonlarda sel yaratdı -FAKTİKİ HAVA 13 İyul 2020, 20:00 Həmsədrlər cəbhədəki gərginliklə bağlı BƏYANAT yaydılar 13 İyul 2020, 19:50 Xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi 13 İyul 2020, 19:44 Spiker: “Azərbaycan əsgəri düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir” 13 İyul 2020, 19:25 Gürcüstan prezidenti sərhəddəki gərginliklə bağlı bəyanat yaydı 13 İyul 2020, 19:17 Dərsliklərə yeni mövzular salınacaq - Təhsil Nazirliyi 13 İyul 2020, 19:00 Buraxılış imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradıldı 13 İyul 2020, 18:50 Ermənistan ordusu Tovuzun Dondar Quşçu kəndini toplardan atəşə tutub 13 İyul 2020, 18:40 İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu   13 İyul 2020, 18:33 Müdafiə Nazirliyi Erministan tərəfinin iddialarını YALANLADI 13 İyul 2020, 18:25 ABŞ-da virusdan ölənlərin sayı 140 minə YAXINLAŞIR 13 İyul 2020, 18:21 Şəhid oğullarımızın qanı yerdə qalmayacaq - Bəyanat 13 İyul 2020, 18:17 Qarabağ həqiqətlərinin dünyada təbliği müzakirə olundu 13 İyul 2020, 18:12