Modern.az

Yevlax sakinlərinin paytaxtda oğurluq istəyi alınmadı

Yevlax sakinlərinin paytaxtda oğurluq istəyi alınmadı

13 Dekabr 2019, 12:22

Ötən gün saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, oğurluğun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər.

Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətiriliblər.

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir