Modern.az

QHT Şurası Prezident Administrasiyasına siyahı təqdim etdi - SİYAHI

QHT Şurası Prezident Administrasiyasına siyahı təqdim etdi - SİYAHI

16 Mart 2012, 11:20

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qurumun üzvlüyünə QHT-lərin seçdiyi 24 nəfərin siyahısını dünən məktub şəklində Prezident Administrasiyasına təqdim edib. Bu barədə Modern.az saytına Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib.

İcraçı direktor bildirib ki,  dünən iclası keçirildi. İclasda seçkinin nəticələri müzakirə olunub və  QHT-lərin seçdiyi 24 nəfərin siyahısı Prezident Administrasiyasına göndərilib.

Qeyd edək ki,  martın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə hər 4 ildən bir keçirilən növbəti seçkilər yekunlaşıb. Seçkilər hər bir QHT-nin könüllü şəkildə seçdiyi 8 ixtisaslaşmış qrup üzrə keçirilib. QHT-lərin seçdiyi 24 nəfərdən 8-i və daha 3 nəfər dövlət orqanlarının təmsilçisi Prezidentin müvafiq sərəncamı ilə Şura üzvü təyin olunacaq.

Modern.az QHT Şurasının üzvlüyünə namizdələrin siyahısını təqdim edir:

S №

Namizədin soyadı, adı və atasının adı

Namizədin təmsil etdiyi QHT

 

 

İnsan hüquqları və demokratiya məsələləri

1

Məmmədov Sahib Məlik oğlu

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

2

Təmrazov Rafiq Qafar oğlu

“Bərabər İmkanlar” İctimai Birliyi

3

Nurullayev Nəsrulla Nəsrulla oğlu

Ahıl Ziyalılara Qayğı İctimai Birliyi

Ailə, qadın və uşaq məsələləri

1

Mirzəzadə Rəna Rza  qızı

Gender və İnsan hüququ Araşdırma Birliyi

2

Quliyev Nazir Yunis oğlu

 “Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyi

3

Əliyeva Kəmalə Natiq qızı

Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi

Qaçqın, köçkün, əlil və müharibə veteranları məsələləri

1

Qədirov Vüqar Kərim oğlu

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı

2

Orucov Sərraf Vəliş oğlu

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

3

Hüseynov Əbülfət Məcid oğlu

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi

İqtisadi və sosial məsələlər

1

Qonaqov Rufiz Rəhim oğlu

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyi

2

Vəliyeva Dilarə Hatəm qızı

“Mülk” İctimai Assosiasiyası

3

Əliyeva Solmaz Gülbala qızı

“Gənc mühasiblər” İctimai Birliyi

Təhsil, elm və mədəniyyət məsələləri

1

Quliyev Azay Əjdər oğlu

Azərbaycan Milli QHT Forumu

2

İskəndərov Sərdar Yusif oğlu

Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi

3

Yusifli İlham Məmməd oğlu

Layihələrin İdarə Edilməsi - Azərbaycan Assosiasiyası

Gənclər və vətənpərvərlik tərbiyəsi məsələləri

1

İsmayılov Şahin Əmir oğlu

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

2

Yolçuyev Əkbər Mehdi oğlu

Dünya Gənc Türk Yazarlar Birliyi

3

Əskərli Asif Məmməd oğlu

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

Səhiyyə, sağlamlıq və ekologiya məsələləri

1

Hüseynova Gülnarə Alxas qızı

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası

2

İsmayılova Nailə İsgəndər qızı

“Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi

3

Yusubova Qəmzə Xanlar qızı

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi

Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə məsələləri

1

Nuriyev Əliməmməd Mali oğlu

Konstitusiya Araşdırmalar Fondu

2

Abbasbəyli Əhməd Nəbi oğlu

Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi

3

İbrahimli Qadir Nadir oğlu

“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi


Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?