Modern.az

Sərnişin avtobusu qəzaya uğradı: 25 yaralı

Sərnişin avtobusu qəzaya uğradı: 25 yaralı

16 Dekabr 2019, 00:36

Rusiyanın Nijeqorodsk vilayətində sərnişin avtobus qəzaya uğrayıb.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 25 nəfər xəsarət alıb. Onlardan 13-ünün vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Məlumata əsasən, digər 12 xəsarət alana isə hadisə yerində tibbi yardım göstərilib.

Bildirilir ki, qəzaya səbəb havanın əlverişsiz olması və avtobusun sürücüsünün idarəetməni itirməsi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir