Modern.az

Qarabağ Azadlıq Təşkilatının İsraildə  nümayəndəliyi yaradıldı

Qarabağ Azadlıq Təşkilatının İsraildə  nümayəndəliyi yaradıldı

16 Dekabr 2019, 14:40

İsraildə Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndəliyi yaradılıb.

 

Modern.az xəbər verir ki, 22 nəfərin iştirak etdiyi təsis yığıncağında German Hüseynov nümayəndəliyin rəhbəri seçilib. Nümayəndəlikdə Azərbaycandan gedən soydaşlarımız və yerli əhalinin nümayəndələri təmsil olunub. Nümayəndəliyin rəhbəri German Hüseynov  Qarabağ döyüşçüsü, tanınmış şair, alovlu vətənpərvər, ictimai xadimdir. G.Hüseynov mətbuat üçün açıqlamasında bildirb ki, qurum Azərbaycan, Qarabağ həqiqətlərinin  təbliğ oluması, düzgün ictimai fikrin formalaşdırılması, Azərbaycanın haqq işinə daha çox dəstəyin qazanılması üçün yaradılb və bu istiqamətdə əlimizdən gələni edəcəyik.

 

Xatırladaq ki, hazırda QAT-ın İsraillə yanaşı Türkiyə, Rusiya, İran, Gürcüstan, Avropanınn bəzi ölkələrində nümayndəlik və nümayəndələri fəaliyyət göstərir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub