Modern.az

“Azəriqaz”dan Uşaq İnkişaf Mərkəzindəki partlayışla bağlı AÇIQLAMA

“Azəriqaz”dan Uşaq İnkişaf Mərkəzindəki partlayışla bağlı AÇIQLAMA

Aktual

16 Dekabr 2019, 15:32

“Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzi qazlaşdırılmayıb”.

Bunu Modern.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib.

 

C.Səfərov qeyd edib ki, hazırda “Azəriqaz” əməkdaşları yaxınlıqdan keçən qaz xətlərindən sızma ehtimalını yoxlamaq üçün əraziyə cəlb edilib:

“Amma həmin qaz xətlərinin Mərkəzlə əlaqəsi yoxdur. Hər bir ehtimala qarşı əməkdaşlarımız ərazidən keçən qaz kəmərlərindəki sızmaları yoxamaq üçün cəlb olunublar. Araşadırma aparılır”.

 

Dekabrın 16-da saat 10:15 radələrində Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində partlayış baş verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, Mərkəzin binasında qaz xətti olmadığına və qazdan istifadə edilmədiyinə görə, ilkin olaraq hadisənin yeraltı qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə nəticəsində mərkəzin direktor müavini Nərgiz Ələmova xəsarət alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Ambulator müayinə və ilkin tibbi yardım göstərildikdən sonra N.Ələmova evə buraxılıb. Şagirdlərdən xəsarət olan yoxdur.

Hadisə ilə əlaqədar mərkəz rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər aidiyyəti qurumlara məlumat verilib.

Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən aparılan araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?