Modern.az

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR

Aktual

16 Dekabr 2019, 15:35

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

 

Modern.az-ın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cütlük təşkil edib.

 

Çempionlar Liqası

1/8 final

"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)

"Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)

"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)

"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)

"Lion" (Fransa) - "Yuventus" (İtaliya)

"Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya)

"Napoli" (İtaliya) - "Barselona" (İspaniya)



Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.

1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?