Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alverinə qarşı mübarizə üzrə video çarxların hazırlanması” layihəsi çərçivəsində üç video çarxın hazırlanmasını başa çatdırıb.
Birliyin sədri Anar Xəlilovun Modern.az-a verdiyi açıqlamasında bildirib ki, layihə çərçivəsində insan alverinə qarşı mübarizə üzrə müxtəlif problemlər və təhlükələr barəsində cəmiyyətin maariflənməsi istiqamətində üç video çarx hazırlanıb. Bu video çarxlarda cinayətkar qrupların tələsinə düşməmək üçün vətəndaşları sayıqlığı itirməməyə çağrılıb. Maarifləndirici məlumatlar və mübarizə metodları da video çarxlarda öz əksini tapıb.
Video çarxların əsasən sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulub.