Modern.az

Paytaxtda 6 məktəb əsaslı təmir olunub, 2 məktəbin korpusları inşa edilib

Paytaxtda 6 məktəb əsaslı təmir olunub, 2 məktəbin korpusları inşa edilib

Aktual

16 Dekabr 2019, 16:25

“2019-cu ildə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb”.

 

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. O qeyd edib ki, bundan əlavə mövcud olan bir məktəbin binası yenilənib:

 

“Bir  məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə bir yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib. Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. 2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb”. 

 

R.Tağıyev əlavə edib ki, hazırda bir məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir