Modern.az

Sürət qatarları Ağstafayadək uzadılacaq: “Bunun üçün yeni qatarlar gətirmişik”

Sürət qatarları Ağstafayadək uzadılacaq: “Bunun üçün yeni qatarlar gətirmişik”

Aktual

17 Dekabr 2019, 12:10

"Bu gün Azərbaycan dəmir yollarının stabil cərəyandan dəyişən cərəyana keçid dövrünü yaşayırıq."

 

Bunu Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Cavid Qurbanov Modern.az-ın əməkdaşının sualını cavablandırarkən söyləyib.

 

O, qeyd edib ki, hazırda Gəncəyə qədər fəaliyyət göstərən elektrik qatarlarının Ağstafaya qədər uzadılması nəzərdə tutulur:

 

"Bunun üçün biz yeni qatarlar da gətirmişik. Bu qatarlar ikili sistemdə fəaliyyət göstərir. Ona görə bizə lazımdır ki, bəzi hissələrdə elektrik xətlərini müəyyən müddətə dondurmalı olacağıq. Böyükkəsikdən Gəncəyə qədər ərazidə bu işləri həyata keçirmək 5-6 ay çəkir. Amma biz çalışırıq ki, 2 ay ərzində sürət qatarlarının uzadılmasına nail olaq". 

 

C.Qurbanov onu da qeyd edib ki, Qazax stansiyası hələlik istifadəyə verilmir:

 

"Çünki stansiyanın gəlirləri xərcləri qarşılamır". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir