Modern.az

Şahdağa dəmir yolu ÇƏKİLƏCƏK

Şahdağa dəmir yolu ÇƏKİLƏCƏK

17 Dekabr 2019, 12:17

"Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb".

 

Modern.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında deyib.

 

O, bildirib ki, Bakı-Rusiya sərhədində olan yola Asiya Bankından kredit ayrılıb:

 

"Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işləri görəcək.

Həmçinin Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri də başa çatdırılıb. Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən geçəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi