Modern.az

Cavid Qurbanovdan əhaliyə MÜRACİƏT: “Evlərinizi elə yerdə tikin ki…”

Cavid Qurbanovdan əhaliyə MÜRACİƏT: “Evlərinizi elə yerdə tikin ki…”

17 Dekabr 2019, 12:26

"Evlərinizi tikəndə elə yerdə tikin ki, həm özünüz üçün təhlükə olmasın, həm də sonradan sökülməsin".  

 

Modern.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı vətəndaşalara bu sözlərlə müraciət edib.

 

O, bildirib ki, insanlar ev tikərkən məqsədəuyğun olmayan ərazilər seçir:

 

“Məsələn, elektrik xətlərinin altında, dəmir yollarının ağzında ev tikmək doğru deyil. Bu, ilk növbədə həmin ailələrin öz təhlükəsizliyi baxımından doğru deyil. Elə Bakı “Şanxayı” adlandırılan ərazini götürək. O ərazi təəssüf ki, ev tikilməsi üçün münasib deyil. Biz dəmir yollarının yaxınlığında olan təhlükəli evləri sökmək məcburiyyətində qaldıq. Bu, onların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar. Sadəcə bizim isanlarda qəribə xasiyyət var. Əvvəlcə şirkətlər onlarla danışır, razılaşırlar, amma o bir misal var, “iştah diş altındadı” -sonradan fikirləri dəyişir. Gəlib deyirlər ki, məsələn 10 kvadratmetrlik ərazi üçün mənə 10 yox 20 min ver ya da 20 yox 50 min ver".   

 

C.Qurbanov bildirib ki, orada qeyri-qanuni olaraq yerləşən əhali var:

 

"Amma biz onları əvvəlcə sənədləşdiririk, sonra çalışırıq ki, həll edək. "Şanxay" adlı yerdə insanların çətin vəziyyətdə yaşamasından xəbərimiz var, həll olunması istiqamətində layihələr hazırlanması gözlənilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir