Modern.az

“Sədərək” bazarında partlayıcı vasitələr SATILIR - FOTOLAR

“Sədərək” bazarında partlayıcı vasitələr SATILIR - FOTOLAR

17 Dekabr 2019, 14:17

Yeni il yaxınlaşdıqca, ölkəyə müxtəlif yollarla keçirilən pirotexniki vasitələrinin satışının hələ də davam etdiyinin şahidi oluruq.

 

Modern.az-ın məlumatına hazırda paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin “Şirniyyat” bazarı adlanan hissəsində pirotexniki vasitələrin satışı açıq şəkildə həyata keçirilir. Partlayıcıların qiyməti isə heç də ucuz deyil. Əməkdaşımız dünən sözügedən bazarda müşahidə aparıb və bəzi satıcılarla müştəri qismində söhbət edib.

 

Qiymətlərin baha olmasına aydınlıq gətirən satıcılar buna səbəb kimi kimlərəsə “haqq” vermələri ilə izah ediblər. “Bunun gömrüyü var, polisi var... Biz də baha alırıq, üstünə 5-10 qəpik qoyub satırıq” – deyə satıcılardan biri deyib.

 

Maraqlıdır ki, satıcılar hətta satışı qadağan olunmasına baxmayaraq “zırpaket” deyə müştəri çağırmaqdan da çəkinməyiblər.

 

Əməkdaşımız "Sədərək"dəki bu qanusuzluqla bağlı Qaradağ Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.

 

Qaradağ Rayon Polis İdarəsinin rəis əvəzi Elməddin Əhmədov Modern.az-a açıqlamasında “Sədərək” ticarət mərkəzində pirotexniki vasitələrinin satılmadığını bildirib:

 

“Bununla bağlı biz mütəmadi olaraq, reydlər keçiririk. İnzibati qaydada protokollar da tərtib olunur. İşimin çoxluğundan mən dediyiniz əraziyə gedə bilmirəm. Ancaq əməkdaşlarımızı həmin ünvana göndərəcəyik”.

 

Modern.az sözügedən bazarda pirotexniki vasitələrinin satıldığını əks etdirən şəkilləri təqdim edir:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir