Modern.az

Bakı-Qazax yolunda dəhşətli qəza - 2 NƏFƏR ÖLDÜ, 5-i yaralandı

Bakı-Qazax yolunda dəhşətli qəza - 2 NƏFƏR ÖLDÜ, 5-i yaralandı

Hadisə

18 Dekabr 2019, 12:14

Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində mikroavtobus aşıb, ölən və xəsarət alanlar var.

 

Modern.az Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

 

Yaralılardan birinin vəziyyəti ağırdır reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!