Modern.az

İlin rejissoru beynəlxalq festivallarda 95-ci mükafatını aldı

İlin rejissoru beynəlxalq festivallarda 95-ci mükafatını aldı

18 Dekabr 2019, 23:48

“Son bir il ərzində beynəlxalq festivallardan 95 mükafat aldım. Bu yolda Azərbaycan mədəniyyətini, dəyərlərini dünyada tanıdıram”.

Bunu Modern.az-a  “Şollerin arxivi” bədii filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov deyib.

Bu film Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəridir.

C.Qasımovun sözlərinə görə, yeni filmlər istehsal etməkdə məqsədi Azərbaycanın multikultural dəyərlərini dünyaya tanıtmaqdır: 

 

“Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkdik və istəyimizə də nail oluruq. Dövlət dəstəyi olsa, daha çox mükafat əldə edərik.  Çəkdiyim filmlər dünya film bazarında Vimeo, Amazon ABŞ, Amazon İngiltərə, UDU Digital, Hollivud prodüsserləri ilə əlaqə məkanı olan iPitch.tv-nin 17 film platformalarında yerləşdirilib. Dünya mediasında barələrində geniş məlumatlar yazıldı. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik”.


O, çəkdiyi filmlərin qazandığı uğurlardan da bəhs edib: 


““Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. Belə ki, bədii filmin Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox, deyərdim ki, saysız-hesabsız mükafat qazanıb, ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı dram", “Yaradıcılıq axtarışlarına xüsusi diplom və qızıl priz” mükafatlarına layiq görülüb. Film son bir ildə 35 beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino sahəsində ən çox mükafat qazanan ekran əsəri olub.

 

“Şollerin arxivi” Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Hər bir milləti dünyada idmanı və filmləri ilə geniş tanıyırlar. Filmlər də ölkənin mədəniyyətini, tarixini tanıtmaq üçün ən gözəl vasitədir”.


C.Qasımovun “Edam günü” bədii filmi 20 beynəlxalq festivalda uğur qazanıb. 2019-cu il istehsalı olan “Stalinin qaranlıq keçmişi” sənədli filmi 14 mükafata layiq görülüb. Hacı Zeynalabdin Tağıyev haqqında çəkilən “100 il şərəfli ömür” filmi 4 mükafata layiq görülüb. “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi isə son iki ayda 22 beynəlxalq festivalda uğur qazanıb. Sənədli film dünyada böyük marağa səbəb olub. 


“Mükafat aldığım 95 festivalın heç birində iştirak etməmişəm. Çünki bu işləri gördüyümdə mən heç kimdən dəstək almamışam”.


“Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın icrası çərçivəsində çəkilib.

Ekran əsəri Avropa mədəniyyətindən, Alman-Azərbaycan dostluğundan bəhs edir. Film Hollivudda “Global Nonviolent Film Festival”, Fransada isə “Mediterranean Film Festival Cannes” festivallarında “Ən yaxşı bədii film” adını qazanıb. İtaliyanın “Social Machinery Film Festival”, Hindistanın “LAKECITY INTERNATIONAL FILM FESTIVAL”da qalib mükafatına layiq görülüb. ABŞ-ın “Green Mountain Christian Film Festival”və “Accolade Global Film Competition”-da, Yaponiyanın “Genre Celebration Festival”-da da həmçinin qalib olub. Bundan əlavə, film Belçika, Hollandiya, Meksika, Almaniya, Kana­da, Fran­sa kimi ölkələrdə beynəlxaq fes­ti­val­lar­da priz qazanb. 

Həmçinin bu ekran əsəri Hollivudda “Global Nonviolent Film Festival”ın jurnalına daxil edilib, Niderlandın "31mag" jurnalının saytında iki məqalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, film Niderlandın "European Cinematography Awards" festivalında "Ən yaxşı dram" kateqoriyası üzrə uğur qazanıb. Eyni zamanda, dünya mediasında   film barəsində ətraflı məlumat verilib.  

Triller janrında çəkilmiş filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Gəncə Dövlət Dram Teatrının aktyorları Ramiz Vəliyev, Sevda Ələkbərova  və başqaları rol alıblar.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması diqqətə çatdırılıb. Film real hadisələrə əsaslanır.



Cəlaləddin Qəzənfər oğlu Qasımov 1967-ci ildə Tovuz şəhərində anadan olub. 1984-cü ildə orta mək­tə­bi bitirib və həmin il Moskva İdarəetmə İnstitutuna qəbul olub. 1985-87-ci ildə Almaniyada hərbi xidmət keçib. SSRİ-nin ən məxfi radiostansiyasında rabitə rəi­­si vəzifəsində işləyən ilk qafqazlı olub.

 Təhsilini Bakı Dövlət Univer­si­te­tin­də davam etdirib. Sonra Ukrayna Beynəlxalq Hüquq Aka­de­­­mi­yasını və Azərbaycan DİN-in Polis Akademiyasını bi­ti­rib. 1997-ci ildən polis orqanlarında çalışıb. Müxtəlif vaxt­lar­d­a Xətai rayon Polis İdarəsinin bölmələrində rəis müavini  və­zifələrində işləyib, polis rəisi vəzifəsini icra edib. BPİ-də çalışıb. AVMVİB Polis Veteranı şöbəsində rəis müavini və­zifəsində işləyir. Dünya Narkotiklərlə Mübarizə Aparan İd­mançılar Federasiyasının Azərbaycan Respublikası üzrə rəh­bəri təyin edilib.

Bədii yaradıcılıqla da məşğul olan C.Qa­sı­mov tarixi romanlar müəllifi kimi tanınır. O, AYB-nin üz­vü, Mahmud Kaşqari adına  Beynəlxalq Fondun vitse-pre­zi­den­tidir. Bir neçə roman, povest və çoxsaylı mə­qa­lə­lə­rin müəl­­lifidir. Yazıları qəzet və jurnallarda, internet por­tal­la­rın­da müntəzəm olaraq dərc edilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir