Modern.az

Metrostansiya açılan kimi "Papanin" və "Xutor"u sökəcəklər

Metrostansiya açılan kimi

Hadisə

19 Dekabr 2019, 09:25

Hələ 2014-cü ildə Nəsimi rayonu İcra Hakimiyətinin başçısı  Nəsib Məhəməliyevin dövründə “Papanin”, “Xutor” adlanan ərazilərdə böyük söküntü olacağı anonsu verilmişdi. O zamankı başçı bildirmişdi ki, metro tikintisilə əlaqədar ərazidəki 101 fərdi ev söküləcək, sahiblərinə kompensasiya ödəniləcək.

Ərazi həm də yeni metrostansiyanın istifadəyə veriləcəyilə bağlı diqqət mərkəzindədir. Çünki “Bakı Metropoliteni” QSC “Papanin” adlanan ərazidə şərti adı B-3 olan stansiyanın 2020-ci ildə istifadəyə veriləcəyini açıqlayıb.

Bəs yeni açılacaq stansiyanın ətrafındakı “gecəqondu” adlanan evlərin aqibəti necə olacaq?

 

Məsələ ilə bağlı Nəsimi rayonu İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elgün Əlizadə Modern.az-a bildirib ki, hələlik söküntü işləri təxirə salınıb:


“Ümumilikdə bu barədə dəqiq məlumat yoxdur. Amma böyük ehtimalla söküntü işlərinə stansiyanın açılışından sonra baxılacaq. “Papanin”, “Xutor” ərazilərindəki söküntülər böyük layihələrdir. Onlar planlaşdırılmalı, maliyyə ayrılmalıdır ki, söküntü işlərinə başlanılsın. Bunlar dövlət tenderləri olduğu üçün maliyyə vəsaiti tələb edilir. Qəzalı evlərin, binaların hamısı tədricən söküləcək”.

Layihənin yekunlaşmasına gəlincə, şöbə müdiri bunun işlərə başlanıldıqdan sonra bəlli olacağını diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür