Modern.az

Deputat: "Əfv istəməyən əfv edilmir" - EKSKLÜZİV

Deputat: "Əfv istəməyən əfv edilmir" - EKSKLÜZİV

19 Mart 2012, 10:37

Milli Məclisin deputatı, Prezident yanında Əfv Komissiyasının üzvü Elmira Axundova əfvin hansı məhbuslara şamil olunmasının mümkünlüyü ilə bağlı Modern.az saytına açıqlama verib.

Deputat deyib ki, əfv ediləcək insanların siyahısını kommissiya üzvləri hazırlayır:
“Bundan sonra siyahı Prezidentə təqdim edilir. Prezident öz səlahiyyətlərindən istifadə edərək, o siyahıya bir neçə  adamı əlavə edərək fərman və sərəncam imzalayır”.

Elmira Axundova deyir ki, ondan çox vaxt soruşurlar ki, nəyə görə filankəs komissiyanın siyahısına salınmayıb və s.

"2011-ci ilin 2 aprelində icazəsiz mitinqin iştirakçılarının azadlığa buraxılmamasına da etiraz edənlər var. Mən belə suallara həmişə cavab verirəm ki, əfv fərmanı, ümumiyyətlə əfv fərdi bir aktdır və aministiyadan fərqli olaraq əfv fərmanına ancaq bizim əsasnaməyə görə o insanlar,düşə bilər ki, onlar öz cinayətlərini etiraf etsinlər, öz əməllərindən peşman olsunlar və o cinayəti etiraf etməklə Prezidentə şəxsən müraciət edərək, əfv məsələsini qaldırsınlar, əfvə düşməyi özləri istəsinlər. Məsələn, Ruslan Bəşirli öz əməllərini etiraf etdi, özü şəxsən Prezidentimizə müraciət etdi. Dərhal da reaksiya oldu. Axı  əfvi istəməyən, cinayətini etiraf etmək istəməyən  və peşman olmayan insanı necə əfv etmək olar?”.

Komissiya üzvü deyir ki, həbsxanada olan şəxs əfv olunmasını istəmir, nahaq yerə tutulduğunu deyirsə, onu necə əfv etmək olar.

"Onun məsələsinin müzakirəsi ancaq məhkəmələrdə olar, cünki bu adam deyir ki, törətdiyi əmələ görə peşman deyil. Belədə onu necə əfv etmmək olar. Bu, bu əfvin anlayışına ziddir. Bizə gərək ərizə gəlsin, ərizələri olmayan adamı mən necə tapım? Biz ərizə əsasında işləyirik.
İkinci tərəfdən deyilir ki, biz həddən çox adam buraxırıq və bununla da krimonogen vəziyyət sərtləşir. Tam səmimi deyirəm ki, bu fikirllər hamısı cəfəngiyyatdır, çünki biz  qatı cinayətkarları, qatilləri, soyğunçuları buraxmırıq. Biz bu siyahılara çox ciddi yanaşırıq, baxırıq siyahılara təsadüfən cinayət törədənlər, xırda oğurluq edənlər, qız qaçırıb, qız da artıq onu bağışlayıb, bu cür məsələlər, yəni ictimai təhlükə yaratmayan insanlar ancaq bizim siyahıya düşə  bilər. 20 ilə yaxındır ki, bu komissiya işləyir, on mindən çox adam əfv olunub. Onlardan 10 nəfər  təkrarən cinayət törədib. Bu çox maraqlı faktdır və onu göstərir ki, bunun kriminogen duruma heç bir mənfi təsiri yoxdur. Sadəcə olaraq, hələ ki biz keçid mərhələsini yaşayırıq, məhkəmələrimiz də hərdən səhv qərar çıxarır. Misal üçün cinayətkara 5 il həbs vermək əvəzinə, olana  8 il verir və s. Biz başa düşürük ki, bəzən məhbus bu cinayətinə görə artıq cəza çəkib.Ona görə də qalan hissəsini bağışlayırıq, onlar cinayətkar deyillər və onları artıq  cinayətkarlarla bir yerdə saxlamaq məqsədəuyğun deyil. Bu çox ciddi bir işdir və biz çox məsulliyətlə yanaşırıq. Heç kim deyə bilməz ki, biz obyektiv işləmirik”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir