Modern.az

ARDNŞ müsabiqə elan etdi – 1-ci yer üçün 10 min manat mükafat

ARDNŞ müsabiqə elan etdi – 1-ci yer üçün 10 min manat mükafat

Aktual

19 Mart 2012, 13:13

ARDNŞ müsabiqə elan etdi – 1-ci yer ün 10 min manta mükafat

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Elm Fondu” Azərbaycan Respublikasında təbiət və texniki elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirlərin dəstəklənməsi, akademik sistemdə fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin və müvəqqəti yaradılmış yaradıcı kollektivlərin elmi fəaliyyətinin stimullaşdırılması, onlara əlavə yaradıcılıq imkanları yaradılması məqsədilə 2012-ci il üçün müsabiqə elan edib.

Elm Fondunun fəaliyyəti aşağıdakı elm sahələrini əhatə edir:
– Yer elmləri;
– Texniki elmlər;
– Kimya elmləri;
– Ekologiya.

Modern.az-ın məlumatına görə, aşağıdakı prioritet istiqamətlər üzrə təqdim edilən layihələrə üstünlük veriləcək:

• neftqazçıxarmada riyazi modelləşdirmə, diaqnostika, nəzarət və idarəetmə sistemləri;

• dünya standartlarına cavab verən mühərrik yanacaqlarının və yağlarının alınması üçün mütərəqqi texnologiyaların yaradılması, neft emalının dərinləşməsi;

• ənənəvi və qeyri-ənənəvi karbohidrogen yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsinin yeni texnologiyalarının və Azərbaycanın neft-qaz kompleksinin ehtiyat bazasının inkişaf proqnozu;

• quruda və dənizdə neft-qaz əməliyyatlarının keçirilməsi zamanı ətraf mühitin qorunması.

Yuxarıda qeyd olunmuş elm sahələri üzrə müsabiqə növləri:

• sona çatdırılmış ən yaxşı elmi-tədqiqat işləri müəlliflərinin “həvəsləndirici mükafatla” qiymətləndirilməsi;

• planlaşdırılan ən yaxşı elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi üçün maliyyələşdirilmə (müsabiqə növünün kodu;

• xüsusi layihələrdən ən yaxşısının yerinə yetirilməsi üçün maliyyələşdirilmə.

 “Həvəsləndirici mükafat” yuxarıda sadalanan prioritet istiqamətlərin hər biri üzrə yaxın 1 ildə tamamlanmış əhəmiyyətli işlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.

Mükafat 3 nominasiyada verilir:

• birinci yer: 10 min manat məbləğində olan bir mükafat;

• ikinci yer: hər biri 5 min manat məbləğində olan iki mükafat;

• üçüncü yer: hər biri 3 min manat məbləğində olan üç mükafat (gənc alimlər üçün);

2012-ci il üçün ümumi mükafatlar fondu 116 000 manat təşkil edir.

Fundamental və tətbiqi səciyyəli ən yaxşı elmi-tədqiqat layihələri (ET) üçün, onların mürəkkəbliyindən, işin həcmindən və yerinə yetirilmə müddətindən asılı olaraq, aşağıdakı qaydada maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur:

– kiçik həcmli layihələr üçün (100 min manata qədər);

– orta həcmli layihələr üçün (100 mindən 200 min manata qədər);

– böyük həcmli layihələr üçün (200 mindən 400 min manata qədər).

Müsabiqənin nəticəsinə əsasən, seçilmiş ən yaxşı xüsusi layihələr (XL) kiçik həcmli layihələr üçün nəzərdə tutulmuş məbləğdə maliyyələşdirilir. Xüsusi layihələr aşağıdakıları əhatə edir:

Məlumata görə, müsabiqədə ancaq AMEA-nın əməkdaşları və onlarla həmmüəllif olan şəxslər iştirak edə bilər. Layihələr müsabiqəyə fərdi və kollektiv formada təqdim oluna bilər. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır.

 Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 02 aprel 2012-ci il tarixindən başlayaraq qəbul olunur. Materialların qəbulu üçün son tarix 31 may 2012-ci ildir. Elm Fondu tərəfindən qrantların verilməsi üzrə 2012-ci il üçün müsabiqənin nəticələri 20 sentyabr 2012-ci il tarixindən gec olmayaraq açıqlanacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı