Modern.az

MSK sədri: \"Veb-kameralar səsvermənin bütün gedişatını izləyəcək\"

MSK sədri: \

22 Dekabr 2019, 12:59

“Məntəqələrdə yerləşdirilmiş veb-kameralar səsvermənin bütün gedişatını izləyir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, bu tələb ciddi şəkildə həyata keçirilməlidir:

 

“Veb-kameraların aktivliyi ilə bağlı hətr hansı pozuntu halı aşkarlanarsa, MSK-ya məlumat verilməlidir”.

 

MSK sədri onu da vurğulayıb ki, hazırda 1000 məntəqə veb-kameralar quraşdırılıb:

 

“Sevindirici hal ondan ibarətdir ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaşanılmayıb. Veb-kamera praktikasının müəllifliyi Azərbaycana məxsusdur”.

 

Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

 

Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi