Modern.az

Sabahkı seçkiləri 52636 yerli müşahidəçi izləyəcək

Sabahkı seçkiləri 52636 yerli müşahidəçi izləyəcək

22 Dekabr 2019, 13:09

“Sabahkı bələdiyyə seçkilərində 52 636 nəfər yerli müşahidəçi iştirak edəcək”.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahoir Pənahov jurnalistlərə açıqlamasında deyib. MSK sədri vurğulayıb ki, müşahidəçilərdən 1512 nəfəri Mərkəzi Seçki Komissiyandan qeydiyyatdan keçib:

 

“Seçkiləri müşahidə üçün isə 17 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilər Avropa və MDB ölkələrin mərkəzi seçki komissiyalarının nümayəndələridir. Gürcüstan və Ukraynanın Mərkəzi Seçki Komissiyasının sədrləri, daha iki ölkənin Mərkəzi Seçki Komissiyalarının sədr müavinləri müşahidəçi qismində iştirak edəcəklər”.

 

Qeyd edək ki, sabah ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi