Modern.az

TÜRKPA baş katibi Qazaxıstan Parlamentinin rəhbərilə görüşəcək

TÜRKPA baş katibi Qazaxıstan Parlamentinin rəhbərilə görüşəcək

Aktual

19 Mart 2012, 13:45

26-28 mart 2012-ci il tarixləri arasında TÜRKPA baş katibi Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının 20 illiyinə həsr olunmuş Xüsusi Sessiyada iştirak etmək məqsədilə Qazaxıstanın Almatı şəhərinə səfər edəcək.

TÜRKPA-dan Modern.az-a bildirlib ki, sessiyada MDB üzv ölkələrinin və digər ölkələrin parlament sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.  

Sessiya çərçivəsində TÜRKPA baş katibinin təşkilatın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami və bir çox beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

Səfərdə TÜRKPA baş katibini onun müavinləri Mels Semgaliyev və Bektemir Ziyadinov müşayət edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!