Modern.az

Çingiz Qənizadə yenidən parlament seçkilərinə qatılacaq

Çingiz Qənizadə yenidən parlament seçkilərinə qatılacaq

Aktual

22 Dekabr 2019, 14:42

V çağırış Milli Məclisin deputatı Çingiz Qənizadə yenidən parlament seçkilərinə qatılacaq.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, deputat özü məlumat verib. O qeyd edib ki, yenidən 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürür:

 

“Mən hər il seçildiyim dairədə, kəndlərdə seçicilərimlə görüşlər keçirmişəm. Vətəndaşların problemlərinin həllinə icra başçısı ilə birlikdə çalışmışıq. Deputat olduğum müddət ərzində seçicilərin şəxsi problemlərinin həllinə çalışmış, bütün müraciətləri nəzərə almışam. Bununla seçicilərimin hörmət və inamımı qazanmışam. 10 ildir 80 saylı dairənin seçicilərini parlamentdə təmsil edirəm. Seçicilərimlə qarşılıqlı inam və ehtiram duyduğumuza görə,  onlardan da müraciətlər çox oldu. Bu baxımdan, yenidən bu dairədən namizədliyimi irəli sürməyə qərar verdim”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir