Modern.az

“Jurnalistlər binası”nda tonqal qalanıb

“Jurnalistlər binası”nda tonqal qalanıb

23 Dekabr 2019, 13:23

Türklərin və türkdilli xalqların yaşadıqları bir çox ölkələrdə dekabr ayının 21 və 22-si gecələri böyük şadyanalıqla qeyd olunur. Lap qədim dövrlərdə  türklər 21 dekabrı Yeni il kimi yəni təzələnmək, Çiləyə çıxmaq kimi qarşılayardılar.

Türk və qədim yunan mənbələrində “kara”, “qara” sözləri “qaranlıq” və “böyük”  mənasını daşıyır. Buna görə də bu gün macarların dilində işlədilən “karaçon” sözü, daha çox günün tez qaralması, qaranlığın artması, gecənin tez düşməsi ilə əlaqədardır. Qədim balkar dilində də də “karaçon” sözü işlədilməkdə idi. Yalnız  buradakı türklər slavyanlaşmağa başlayandan sonra,  onların leksikonundan və həyat tərzindən “karaçon” sözü və adəti  yavaş-yavaş çıxmağa başladı. Macarların qədim mənbələrində və folklorlarında göstərilir ki, qədim macarlar 21-22 dekabr günlərində böyük tonqallar qalayıb “Kara tun” bayramını xüsusi coşqu ilə qeyd edərlərmiş. Həmin uzun gecəni heç kəs yatmaz, qaladıqları tonqalın ətrafına yığışıb, işığın qaranlığa qalib gəldiyini, səhərin açıldığını gözləyərmişlər.  Onların Günəşin  yenidən doğmasını, şəfəqlərinin yayılmasını canlanma kimi bayram edərdilər. Bu bayram onlarda işıq və ümid ənənəsi idi.

Ötən gecə Bakıda “Jurnalist binaları”nın sakinləri də böyük tonqal qalayaraq, Kara tun  bayramını qeyd ediblər. Uşaqlar və böyüklər əl-ələ tutaraq, bayram tonqalının ətrafında yallı gedib, şeir söyləyib, Tanrıdan Vətən üçün xoş arzular diləyiblər. Folklorşünas alim Ənvər Çingizoğlu və türk adət-ənənələri və irsni araşdıran jurnalist Aida Eyvazlı ocaq, tonqal, birlik, Çillə bayramları haqqında tonqal başına yığılanlara məlumat veriblər.

Hər kəsin ən ümdə arzusu ən böyük tonqalları QARABAĞDA- bizim üçün, nəfəsimiz və ruhumuz üçün darıxan yurdlarda yandırmaq olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı