Modern.az

ABŞ-da oteldə partlayış oldu: 10 yaralı

ABŞ-da oteldə partlayış oldu: 10 yaralı

Dünya

25 Dekabr 2019, 00:36

ABŞ-da oteldə partlayışla nəticələnən yanğın olub.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə Nyu-Qempşir ştatında, Lebanon şəhərində qeydə alınıb. Hadisə zamanı 10 nəfər xəsarət alıb.

Qeyd edilir ki, xəsarət alanlardan 2-i yanğınsöndürənlər, 8-i otelin kirayənişinlərdir. Onların sağlamlığı üçün hər hansı təhlükənin olmadığı bildirilir.

Otelin 75 kirayənişini digər otelə köçürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?