Modern.az

Əli Məsimli də seçkilərə qatıldı

Əli Məsimli də seçkilərə qatıldı

Aktual

25 Dekabr 2019, 11:28

Beşinci çağırış Milli Məclisin deputatı Əli Məsimli parlament seçkilərinə yenidən namizədliyini irəli sürüb.

 

Bu barədə Modern.az-a Əli Məsimlinin köməkçisi Vüsal Baxışov məlumat verib. O, qeyd edib ki, deputat bu dəfə də 114 saylı Şəki kənd birinci seçki dairəsini seçib.

 

V.Baxışov onu da vurğulayıb ki, böyük ehtimalla sabahdan Əli Məsimlinin namizədliyinin təsdiqi üçün lazım olan imzaların toplanmasına başlanacaq.

 

Qeyd edək ki, Əli Məsimli 2015-ci ildən həmin dairənin deputatıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir