Modern.az

Azərbaycan səfirliyinin Daşkənd mərasimi – FOTOLAR

Azərbaycan səfirliyinin Daşkənd mərasimi – FOTOLAR

20 Mart 2012, 14:22

Azərbaycanın Özbəkistandakı səfirliyi bu il də ənənsinə sadıq qalaraq, bu ölkədə yaşayan həmyerlilərimiz üçün möhtəşəm Novruz bayramı şənliyi keçirdi.

Daşkənddə azərbaycanlıların sıx yaşadığı məhəllədəki Azərbaycanlıların  Heydər Əliyev adına Mədəniyyət Mərkəzində hər şey baharın gəlişindən xəbər verirdi. Özbəkistanda aylardan bəri soyuq keçən havalara da bu gün bir istilik gəlmişdi.  Bahar günəşinin şəfəqləri altında bir tərəfdə Azərbaycanın atributları olan məişət əşyaları, Azərbaycanın milli geyimlərini geyinən gənc oğlan və qızlar, bayram tonqalı,  bayram şirniyyatları – şəkərbura, şoroğalı, paxlava, bayram şamları – bunların hamısı Vətənimizdən uzaqda yaşayan azətrbaycanlılar üçün təşkil olunmuşdu.

Səfirliyin təşkil etdiyi bayram tədbirində Özbəkistanda akreditə olunmuş xarici missiyaların nümayəndələri və diplomatlar, ictimaiyyət və elm xadimləri və Özbəkistan Azərbaycan Cəmiyyətinin nümayəndələri də  iştirak edibllər.

Bayram tədbirində çıxış edən Azərbaycanın müvəqqəti işlər vəkili Akif Əliyev  dünyanın bir çox xalqları tərəfindən coşqu ilə qeyd edilən Novruz bayramı haqqında məlumat verib və qeyd edib ki, Azərbaycan dövlətinin səyi nəticəsində 3 min ildən artıq yaşı olan məhz Novruz bayramının  YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan Prezidenti İlham Əliyevin dünyadakı bütün azərbaycanlılara ünvanladığı bayram təbriki də  şənlik iştirakçılarına çatdırılıb.

Daha sonrabayram tonqalı yandırılıb. Rəna Əzizovanın “Vətən” mahnısı səsləndikdən sonra, özbək sənətçilər öz bayram töhfələrini rəqs və musiqilərlə  təqdim ediblər.   Daha sonra məclisi “Qarabağ” ansamblının rəhbəri Yusif Əliyev xalq mahnıları ilə  şənləndirib. Dərsini Azərbaycanın kaman ustası Habil Əliyevdən almış Özbəkistanın xalq artıstı Ulmas Rəsulov kamançada Azərbaycan havaları ifa edib.

Azərbaycanın məşhur müğənnisi Rəşid Behbudovun yaradıcılığını Özbəkistanda təqlid edən professor  Möhsün Qəniyev isə “Girdim yarın baxçasına” mahnısını oxuyub.

Azərbaycanın əməkdar artisti Kövkab Əliyevanın  “Azərbaycan qızları” rəqs ansamblı isə  milli paltralarımızda ifa etdiyi rəqslərlə tamaşaçılara xüsusi bayram ovqatı bəxş ediblər. Gənc həmyerlimiz Aynurə Abdullayeva isə müəllifi olduğu “Yağsın yağışlar” mahnısını ilk dəfə azərbaycanlılar  üçün ifa edbi.





Ləman Ağayeva, Daşkənd

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir