Modern.az

ABŞ-ın prezidentliyə namizədi Azərbaycana işarə etdi: “...bütün qüvvəmi sərf edəcəyəm ki,.."

ABŞ-ın prezidentliyə namizədi Azərbaycana işarə etdi: “...bütün qüvvəmi sərf edəcəyəm ki,.."

Dünya

21 Mart 2012, 18:07

ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Mitt Romni “Nabukko” layihəsinə tam dəstək verəcəyini və seçiləcəyi təqdirdə bu layihənin reallaşması üçün bütün qüvvəsini sərf edəcəyini bəyan edib.

Modern.az bildirir ki, Romni bu barədə  özünün rəsmi saytında yerləşdirdiyi “Amerikan yüzili: Amerikanın həyati maraqlarının və ideallarının təmin edilməsi üçün strategiya” adlı məruzəsində yazıb.  Respublikaçıların populyar namizədi qeyd edib ki, “o, prezident seçiləcəyi təqdirdə Avropanın Rusiya qazından aslılığını azaltmaq siyasətini aparacaq”. 

Romni ordu və hərbi gücə böyük dəstək verəcəyini qeyd edərək vurğulayıb ki, ABŞ məhz hərbi qüdrəti sayəsində SSRİ-ni çökdürə bilib. O prezident seçiləcəyi təqdridə ABŞ silahlı qüvvələrinin modernləşdirilməsi prosesinə başlayacağını vəd edib. 

Romni “ərəb baharına” da toxunub. Prezidentliyə namizəd hesab edir ki, “ABŞ belə mühüm hadisədən kənarda qala bilməz”. “Romni Administrasiyası Amerikanın maraqlarının dəstəklənməsi üçün İrana və regionadakı digər analoji rejimlərə qarşı mübarizə aparan qrupları bütün vasitələrlə dəstəkləyəcək”-deyə Romni bildirib.

Sənəddə anti Rusiya meyli ciddi şəkildə sezilib. Romni bildirib ki, o, Rusiya ilə əməkdaşlığa hazırdır. “Amma bununla yanaşı biz Rusiyaya təhlükəsizlik imkanlarmızı məhdudulaşdıracaq hər hansı imkanı vermək niyyətində deyilik”-deyə Romni vurğulayıb.

Xatırladaq ki, Respublikaçılar Partiyasının namizədi olan Mitt Romni ardıcıl olaraq ABŞ-ın ən böyük ştatlarında keçirilən praymerizdə qalib gəlməkdədir. Siyasi müşahidəçilər Romninin  Barak Obamaya ciddi rəqib olacağını qeyd edirlər.

Xaqani SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir