Modern.az

“Korporativ standartların tətbiqi üçün yeni imkanlar yaranıb” - Vüsal Qasımlı

“Korporativ standartların tətbiqi üçün yeni imkanlar yaranıb” - Vüsal Qasımlı

26 Dekabr 2019, 13:01

“2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb”.

 

Modern.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün YAP İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, Prezident İlham Əliyevin strateji idarəetmə siyasətinə uyğun olaraq qanunverici, icraedici və məhkəmə hakimiyyətinin islahatları dövlət idarəetməsinin səmərəliliyini artırmaqla ilk növbədə vətəndaşların və biznesin maraqlarına xidmət edir:

 

“2019-cu ildə dövlət idadəetmə islahatlarının məqsədi dövlət müstəqilliyinin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması və Azərbaycanın yerli, regional və qlobal çağırışlara daha yaxşı cavab verməsidir. Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiqləndi, mərkəzi icra hakimiyyəti orqanlarında struktur islahatları aparılır, yerli icra hakimiyyəti qurumları qarşısında yeni tələblər qoyulub”.

 

V.Qasımlının sözlərinə görə, ölkə başçısının rəhbərliyi ilə icraedici hakimiyyətdə aparılan islahatlar elektron hökumətin inkişafını stimullaşdıracaq:

 

“Həmçinin “One-stop-shop”dan “non-stop-shop”-a keçidi, “Only one entry” prinsipini, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi, yığcam, mobil və məqsədyönlü fəaliyyəti də stimullaşdırılacaq. Eyni zamanda, dövlət idarəetmə islahatları məcburetmədədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə, məmur-sahibkar təmaslarından rəqəmsal həllərə və “kölgə iqtisadiyyat”dan leqallaşmaya keçidi təmin edir. Dövlət idarəetmə aparatının islahatları dövlət-özəl dialoqunu və dövlət-vətəndaş dialoqunu daha da irəli aparacaq. Bu çərçivədə dövlət müəssisələrində və özəl sektorda idarəetmə islahatları, o cümələdən korporativ standartların tətbiqi üçün yeni imkanlar yaranıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir