Modern.az

Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 20-ə çatdı

Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 20-ə çatdı

Aktual

26 Dekabr 2019, 17:06

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 20-ə çatıb.

 

Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli mümayəndəsi qeydə alınıb.

 

Qeyd edək ki, bundan əvvəl 19 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, “Ana Vətən” Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının, Demokratik İslahatlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!