Modern.az

MSK sədri Müsavat Partiyasının ittihamlarına CAVAB VERDİ

MSK sədri Müsavat Partiyasının ittihamlarına CAVAB VERDİ

26 Dekabr 2019, 17:23

Müsavat Partiyası namizədlərə imza toplamaq üçün verilən vərəqlərin sayının az olması barədə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Müraciətə komissiyanın bu gün keçirilən iclasında baxılıb.

 

Modern.az xəbər verir ki, Müsavat Partiyasının Aparat rəhbəri, partiyanın parlament seçkiləri ilə bağlı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı iclasda məsələni MSK sədrinin diqqətinə çatdırıb və ondan bu məsələdə Dairə Seçki Komissiyalarına müraciət ünvanlamasını xahiş edib.

 

G.Aslanlı qeyd edib ki, namizədlərə imza toplamaq üçün hazırda 10 vərəq verilir:

 

“Dairə seçki komissiyalarından 11-ci vərəqi istəyəndə deyirlər ki, verməyə icazə yoxdur. Əgər mənə vermirlərsə, başqalarına heç verməzlər. Xahiş edirəm ki, bununla bağlı fikrinizi bildirəsiniz”.

 

MSK sədri Məzahir Pənahov bildirib ki, imza vərəqələrinin verilməsiylə bağlı heç bir məhdudiyyət yoxdur:

 

“Əgər həmin vərəqələr qəsdən sıradan çıxarılmayıbsa, daha çox seçici imzası toplamaq üçün əlavə vərəqlərin verilməsində heç bir problem yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?