Modern.az

FHN Şirvandakı dəhşətli qəza ilə bağlı məlumat YAYDI

FHN Şirvandakı dəhşətli qəza ilə bağlı məlumat YAYDI

Hadisə

27 Dekabr 2019, 13:36

Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvanda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində “Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan, 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Xatırladaq ki, Şirvanda avtomobilin beton sütuna çırpılması nəticəsində 4 nəfər ölüb. Bunlar Salyan rayon Marışlı kənd sakini, 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakinləri - 1957-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızı, 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızı və 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğludur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır