Modern.az

Milli Ordusunun əsgəri şəhid olub

Milli Ordusunun əsgəri şəhid olub

29 Dekabr 2009, 18:18

Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub. ANS-in məlumatına görə, Müdafiə Nazirliyinin Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçən 18 yaşlı Ramin Niftəliyev ermənilərin atəşkəsi pozması nəticəsində həlak olub. Erməni snayperinin açdığı atəş onun ürəyinə dəyib. R. Niftəliyev 2009-cu ilin yanvar ayında Qusar rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Mərhumun cənazəsi bu gün Qusar rayonunun Hil kəndinə gətirilib. Rayon Hərbi Komissarlığı və İcra Hakimiyyəti onun şəhid olmasını təsdiqləyib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər