Modern.az

Elza Seyidcahan iştahlı danışdı: “Elə deputat olacağam ki…”

Elza Seyidcahan iştahlı danışdı: “Elə deputat olacağam ki…”

27 Dekabr 2019, 17:08

 

“Allahın köməyilə namizədliyimi verib, deputat olmaq istəyərəm”.

 

Bu sözləri Modern.az-a açıqlamasında müğənni Elza Seyidcahan deyib. O qeyd edib ki, xalqına, millətinə layiqli deputat olmağa çalışacaq:

 

“Mən artıq sənədlərimi dairə seçki komissiyasına təqdim etməyi düşünürəm. Elə deputat olacağam ki, insanlar, məni seçənlər razı qalsınlar. Hər zaman mənə hörmətlə yanaşsınlar. Çünki hər kəs bilir, mən xalqımı necə sevirəm. Ən qısa zamanda sənədlərimi təıqdim etməyi düşünürəm”.

 

Qeyd edək ki, sənətçi 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizəd olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı