Ermənistanda 2020-ci ildə Konstitusiya islahatı keçirilə bilər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Rüstəm Badasyan jurnalistlərə açıqlamasında deyib.
O, baş nazirin konstitusiya islahatları aparmaq üçün komissiya yaratdığını da əlavə edib.
“2020-ci ildə Konstitusiya islahaltarı keçirilə bilər və bu məsələdə Konstitusiya məhkəməsinin durumu ilə bağlı məsələlər də daxil oluna bilər”.