Modern.az

Qoruqların ziyarətçiləri qəbul edəcək vaxt açıqlanıb

Qoruqların ziyarətçiləri qəbul edəcək vaxt açıqlanıb

Aktual

28 Dekabr 2019, 18:27

Dövlət Turizm Agentliyi tabeliyində olan qoruqlarla bağlı elan dərc edib.

 

Modern.az xəbər verir ki, Agentlik bayram günlərində qoruqların ziyarətçi qəbulu ilə bağlı sxemini açıqlayıb.

 

Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlar dekabrın 31-i və yanvarın 1-nin qeyri-iş günü hesab olunması ilə əlaqədar 2 yanvardan etibarən ziyarətçi qəbul edəcək.

 

Qeyd edək ki, Agentliyin tabeliyindəki qoruqlar bunlardır:

 

Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğu,

 

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğu,

 

“Basqal” Dövlət Tarix-Mədəniyyət qoruğu,

 

“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu,

 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğu,

 

 “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu,  

 

“Kiş” Tarix-Memarlıq qoruğu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir