Modern.az

Gövhər Baxşəliyeva seçkidə namizəd olacaq? - DSK-dan açıqlama  

Gövhər Baxşəliyeva seçkidə namizəd olacaq? - DSK-dan açıqlama  

Aktual

30 Dekabr 2019, 17:39

Beşinci çağırış Milli Məclisin bitərəf deputatı 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb qatılmayacağı barədə müxtəlif fikirlər dolaşır.

 

93 saylı Bərdə şəhər seçki dairəsindən Modern.az-a verilən məlumata görə, namizədliyini irəli sürənlər arasında beşinci çağırış Milli Məclisin deputatı olan Gövhər Baxşəliyevanın adı yoxdur:

 

“Gövhər Baxşəliyeva hələ ki, namizədliyini irəli sürməyib”.

 

Bununla bağlı münasibətini öyrənmək üçün Gövhər Baxşəliyevanın özü ilə əlaqə saxlamağa çalışdıq. O, əməkdaşımızın sualını səsləndirməyini gözləmədən “məlumat olanda mən özüm mətbuata açıqlayacağam” deyərək dəstəyi asıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir