Modern.az

Avropa İttifaqına (Aİ) sədrlik İsveçdən İspaniyaya keçir

Avropa İttifaqına (Aİ) sədrlik İsveçdən İspaniyaya keçir

Təhsil

30 Dekabr 2009, 10:44

2010-cu il yanvarın 1-dən Avropa İttifaqına (Aİ) sədrlik rotasiya prinsipi əsasında İsveçdən İspaniyaya keçəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçilər  İsveçin Aİ-yə yarımillik sədrlik dövrünü müsbət dəyərləndiriblər.

Avropa İttifaqına ali nümayəndələr (prezident və xarici işlər üzrə ali nümayəndə) seçilərkən qısa zamanda yekdil qərarın əldə olunmasında İsveçin baş naziri Fredrik Reynfeldtin xüsusi xidmətləri olduğu qeyd edilir. Eyni zamanda, o, Kopenhagen Beynəlxalq İqlim Konfransında Aİ ölkələrinin vahid mövqedən çıxış etməsinə də nail ola bilib.

 

Bununla yanaşı, iqtisadi böhrana qarşı tədbirlər görülməsi və maliyyə bazarına nəzarət mexanizmlərinin gücləndirilməsində İsveç qeyri-adi uğurlara imza ata bilməyib.  İspaniyanı sədrlik dövründə gərgin aylar gözləyir. İqtisadi və maliyyə böhranının nəticələrinin aradan qaldırılması və Avropa İttifaqının yeni iqtisadiyyat strategiyasının-„Aİ-2020“ hazırlanması İspaniyanı məşğul edəcək əsas mövzular olacaq.

„Aİ-2020“ yaxın 10 il müddəti üçün Avropa İttifaqında iqtisadi islahatlar yolunu müəyyənləşdirməlidir.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi