Modern.az

Xaçmazda yanğın: ev sahibinin meyiti tapıldı

Xaçmazda yanğın: ev sahibinin meyiti tapıldı

Hadisə

31 Dekabr 2019, 09:55

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 kvadratmetr sahədə və dam örtüyü 50 kvadratmetr sahədə yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hacıyev Firuz Saday oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir