Modern.az

Həmrəylik günü - hansı ölkədə nə qədər azərbaycanlı yaşayır? - SİYAHI  

Həmrəylik günü - hansı ölkədə nə qədər azərbaycanlı yaşayır? - SİYAHI  

Diaspor

31 Dekabr 2019, 11:22

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan hər il 31 dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd olunur.
Bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları təşkil edir.



Modern.az-ın məlumatına görə, həmrəylik gününün tarixi 30 il əvvəldən-1989-cu ildə Naxçıvanda Güney Azərbaycanla (SSRİ-İran sərhədləri) sərhəd dirəklərinin sökülməsindən başlayıb.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.

1992-ci ildə Azərbaycan parlamenti dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar qəbul etdi.

1993-cü ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi rəsmi bayram élan edilib.

31 dekabr Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan azərbaycanlı tərəfindən qeyd olunur. Artıq həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib.

İndi dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.

Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar.
Amerika Birləşmiş Ştatlarında 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə yaxın azərbaycanlı yaşayır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşıblar.
Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qism soydaşlarımızın bu qitəyə  axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib.



Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlıların sayı Türkiyədə  və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb  ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə  İrandan və Azərbaycan Respublikasından köçənlərdir.



Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və  Orta Asiya respublikalarında yüz minlərlə,  İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə,  İraqda isə təqribən bir milyona çatır.

Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə  də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının  yaşadığı barədə məlumatlar  var.

Modern.az saytı Azərbaycan diaspor təşkilatlarının məlumatları əsasında dünya ölkələrində yaşayan azərbaycanlıların təxmini sayını təqdim edir:

 

Cəmi

85-90 000 000

İran

35 000 000

Azərbaycan

10 44 600

Türkiyə

5 500 000

Rusiya

8 000 000

İraq

1 500 000

ABŞ

1 250 000

Misir

900 000

Gürcüstan

750 000

Pakistan

650 000

Ukrayna

520 000

İordaniya

450 000

Kanada

350 000

Hindistan

340 000

Almaniya

300 000

Əlcəzair

280 000

Banqladeş

175 000

Böyük Britaniya

170 000

Qazaxıstan

100 000

Suriya

95 000

Braziliya

75 000

Fransa

70 000

Bolqarıstan

65 000

Yəmən

62 000

Özbəkistan

60 000

Danimarka

60 000

BƏƏ

55 000

Norveç

50 000

Əfqanıstan

50 000

Türkmənistan

45 000

Rumıniya

45 000

İndoneziya

44 000

Səudiyy Ərəbistanı

40 000

İtaliya

100 000

Çin

30 000

Macarıstan

27 000

Meksika

27 000

Avstriya

19 000

Küveyt

19 000

Oman

19 000

Sudan

17 000

Qırğızıstan

16 000

Tacikistan

14 000

İspaniya

14 000

Belçika

13 000

Yunanıstan

13 000

Polşa

12 000

Finlandiya

12 000

Albaniya

12 000

Argentina

12 000

Yaponiya

10 000

Avstraliya

8 000

Birma

8 000

Potuqaliya

7 000

Belorus

7 000

keçmiş Yuqoslaviya

6 000

Monqolustan

5 000

Moldova

5 000

Latviya

4 000

İrlandiya

4 000

Estoniya

3 000

Malta

2 500

Litva

2 000

Çexiya

2 000

Slovakiya

2 000

İsveç

2 000

Butan

500

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı