Modern.az

Putinlə Zelenski Rusiya qazının Avropaya daşınmasını müzakirə etdi

Putinlə Zelenski Rusiya qazının Avropaya daşınmasını müzakirə etdi

Dünya

31 Dekabr 2019, 20:52

Rusiya dövlət başçısı Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Modern.az  xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı yayıb.

Məlumata görə, telefon söhbəti əsnasında Rusiya qazının Ukrayna vasitəsi ilə Avropaya fasiləsiz daşınmasının əhəmiyyəti vurğulanıb.

Rəsmi mənbə aparılan danışıqların konstruktiv xarakter daşıdığını, digər ikitərəfli problemlərin həlli istiqamətində əlverişli şərait yaratdığını qeyd edib.

Xatırladaq ki, Rusiya və Ukrayna beş il müddətinə Rusiya qazının tranzitinə dair müqavilə imzalayıblar.

Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Facebook” səhifəsində yazıb ki, yeni müqaviləyə əsasən, Ukrayna 5 il ərzində azı 7 milyard dollar gəlir əldə edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir