Modern.az

Kürdəmirdə ağır yol qəzası - bir nəfər öldü

Kürdəmirdə ağır yol qəzası - bir nəfər öldü

Hadisə

2 Yanvar 2020, 13:40

Kürdəmirdə ağır yol qəzası baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Kürdəmir rayonunda “VAZ” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Paşayev Raqif Süleyman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir