Modern.az

“Viski terroru” Azərbaycanda spirtli içkiləri gözdən saldı

“Viski terroru” Azərbaycanda spirtli içkiləri gözdən saldı

2 Yanvar 2020, 15:07

 

Başa çatan 2019-cu ilin sonlarına doğru ölkə ərazisində spirtli içkilərin saxta yolla hazırlandığı rəsmi qurumlar tərəfindən təsdiq edildi.

Ancaq elə həmin rəsmi qurumların yarıtmazlığı nəticəsində saxta spirtli içkilərin ölüm hallarına gətirməsi də təsdqiləndi.

Yəqin ki, hər biriniz eşitmisiniz, “Filankəs spirtli içkidən dünyasını dəyişdi", "içdi ayılmadı", "çox içib ölüb”.

 

Əslində bu kimi məsələlər bir həyacan təbili idi. Ancaq müvafiq qurumlar, xüsusilə də insanın sağlamlığına məsul olan şəxslər hələ də məsələyə laqeydlik nümayiş etdirirlər.

 

Bu məsələdən ciddi rahatsız olan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, saxta içkilərin aşkara çıxarılması və viskidən zəhərlənmə halları Azərbaycanda əhalinin spirtli içkiyə tələbatını azaldıb.

O, spirtli içki seqmentinin ən çirkli seqment olduğunu da vurğulayıb:

 

“İnsan biləndə ki, filan spirtli içkini qəbul etsə, öləcək, normalda ondan uzaq durmalıdır.

Bazarın ən çirkli seqmenti içki seqmentidir. Bu sahədə ən böyük işi il yarım öncə Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi etdi. Onlar aşkara çıxardı ki, hətta bazarda satılan ən brend içkilərin çoxu belə saxta və keyfiyyətsizdir.

Çox təəssüf olsun ki, Daxili İşlər Nazirliyinin bu işinə ictimai dəstək verilmədi. Lakin onu da demək lazımdır ki, standartlara cavab verən içki istehsal edən yerli müəssisələr də var. İstehlakçılar içki alarkən onun istehsal tarixinə, son istifadə müddətinə xüsusi diqqət yetirməlidirlər.

Qeyd edim ki, araqların yararlılıq müddəti bir ildən artıq deyil. Şərablarda bu müddət 6 ay, konyaklarda isə 3 ildən çox deyil. Alıcılar buna xüsusi diqqət verməlidirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!