Modern.az

Polis maşını qəzaya uğradı - YENİLƏNİB

Polis maşını qəzaya uğradı - YENİLƏNİB

4 Yanvar 2020, 15:19

Bu gün Yol Patrul Xidməti əməkdaşlarının qəzaya düşməsi haqqında Baş Dövlət Yol Polisi araşdırma aparır. 

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə səhər saat 11-də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Alayının 99 YP 870 dövlət nömrə nişanlı avtomobili hava şəraiti ilə əlaqədar idarəetməni itirib. Patrul maşını Hacıqabul istiqamətində yol kənarındakı maneələrə çırpılıb. Hadisə nəticəsində xəsarət alan yoxdur. Araşdırma aparılır.     

 

***  

 

Bakı-Qazax yolunda polis maşınının yoldan çıxması nəticəsində qəza olub.     

 

Modern.az-ın məlumatına görə, qəza hadisəsi magistral yolun Hacıqabul rayonundan keçən hissəsində baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində ölüm hadisəsi qeydə alınmayıb. Maneələrə çırpılan polis maşını yararsız hala düşüb. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər