Modern.az

Qeydə alınan namizədlərin sayı 458-ə çatdı

Qeydə alınan namizədlərin sayı 458-ə çatdı

Aktual

6 Yanvar 2020, 16:44

“Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2296 şəxs müraciət edib".

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

 

O, qeyd edib ki, seçkilərdə iştirak edən 463 nəfər 19 siyasi partiyanın üzvüdür:

 

“17 nəfər təşəbbüs qrupları tərəfindən, 1816 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

 

  1. Pənahovun sözlərinə görə, 2146 nəfərinin namizədliyi artıq təsdiq olunub:

 

“2017 nəfəri isə artıq imza vərəqələrini alıb. 774 nəfər imza vərəqələrini qaytarıb. 458 nəfərin namizədliyi qeydə alınıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür