Modern.az

"Qafqaz Resort Hotel" fəaliyyətini dayandırdı

Aktual

7 Yanvar 2020, 10:12

Qəbələdə yerləşən Qafqaz Resort Hotel öz fəaliyyətini müvəqqəti olaraq dayandırır.

 

Bu barədə Modern.az-a Gilan Holdinqdən məlumat verilib:

 

"Həm azərbaycanlı, həm də xarici qonaqlar tərəfindən ən tanınan ve sevilən Qəbələ otellərindən biri olan - Qafqaz Resort Hotel – yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq.

Qafqaz Resort Hotel 98 lüks nömrədən ibarətdir. Otelin standart, yarılüks, kral otağı, prezident apartamentləri, kral lüks və ailəvi lüks kateqoriyalardan ibarət nömrələri təmirlə əlaqədar müvəqqəti olaraq may ayına kimi qonaqları qəbul etməyəcəkdir.

Hoteli əsaslı təmir gözləyir - qarşıda olan təmir işləri bütünlüklə Qafqaz Resort Hotelə şamil olunacaq, bunlar həm eksteryerin həm də interyerin yenilənməsi ilə qonaqlarda uzun illər unudulmaz təəssüratlar yaradacaq".

 

Qeyd edək ki, Qafqaz Resort Hotel Qəbələdə ilk beş ulduzlu otel olmaqla 2008-ci ildən fəaliyyət göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi