Modern.az

Azərbaycanda “Savadlı Ana savadlı gələcəkdir” adlı layihə icra olunacaq

Azərbaycanda “Savadlı Ana savadlı gələcəkdir” adlı layihə icra olunacaq

Qarabağ

30 Dekabr 2009, 13:27

Dekabrın 30-da “Park-in” otelində “Lider Qadınlar” İctimai Birliyi və “Demokratik İnkişaf İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə “Savadlı Ana savadlı gələcəkdir” adlı layihənin təqdimat mərasimini keçirib.

Mərasimdə çıxış edən “Lider Qadınlar” İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, layihənin həyata keçirilməsinin əsas təşəbbüskarı, ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva hələ 2008-ci ildə Azərbaycan Qadınlarının III Qurultayı zamanı bu təklifi irəli sürüb. M.İbrahimqızı «Savadlı ana savadlı gələcəkdir» layihəsinin 2010-cu ildə həyata keçiriləcəyini deyib. Onun sözlərinə görə, layihənin reallaşdırılmasında  əsas məqsəd regionlarda qadınlarla bağlı bəzi problemlərin, eləcə də qızların orta məktəblərdə təhsildən yayınmasının qarşısını almaq, qadınları həmrəy olmağa çağırmaqdır. Deputat əlavə edib ki, hər iki təşkilat 11 regionda qızların təhsildən yayınması ilə bağlı araşdırma aparıb.
Millət vəkilinin sözlərinə görə, araşdırmaların nəticələrinə əsasən, bu problem ciddi təhlükə olmasa da, gələcəkdə çox təhlükəli ola bilər.
“Demokratik İnkişaf İnstitutu” İB-nin sədri, millət vəkili Gültəkin Hacıbəyli sözügedən problemlə bağlı öz fikirini bildirib. O, deyib ki, Azərbaycan cəmiyyətinin inkişafı üçün Azərbaycan qadını savadlı olmalıdır. Övladın düzgün formalaşması ananın savadından və düzgün tərbiyəsindən asılıdır: “Bu aksiya 1 il müddətində davam edəcək. 2010-cu ildə biz bu məsələnin aktiv olduğu regionlara gedəcək, orada bu problemlə bağlı maarifləndirmə işi aparacağıq. Bura Muğan, Aran, Şirvan və digər zonalar daxildir. Bundan əlavə maarifləndirmə işinə Bakı kəndlərində də ehtiyac var”. 
Qadınların təhsili ilə bağlı müsbət halların da olduğunu deyən G.Hacıbəylinin sözlərinə görə, xüsusi peşə sahiblərinin 53 faizin qadınlar təşkil edir. O, əlavə edib ki, problemin həllində Təhsil Nazirliyi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) də yaxından dəstək olur.
Təhsil nazirinin müavini İradə Hüseynova Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində atılan addımları xüsusi vurğulayıb. O bildirib k, buna sübut Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı fərman və sərəncamlardır. Onun sözlərinə görə, orta təhsil sistemində fəaliyyət göstərənlərin 70 faizi qadınlardır.
Tədbirdə millət vəkilləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, YAP Qadınlar Şurasının üzvləri iştirak ediblər.

 

 

 

 

 

 

 

 
Günay MUSAYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir